Səyahət siyahınıza əlavə etmək üçün gözəl ölkələr axtarırsınızsa, İsveçrə mütləq zirvədə olmalıdır.
İsveçrədə tətillər gözəl keçəcək əyləncə. İsveçrə Alp dağları ilə əhatə olunmuş dağlıq ölkədir. Alp dağlarının yüksək hissəsi əbədi qar və buzlaqlarla örtülüdür. İsveçrə çaylar və göllərlə zəngindir.
Bir sözlə, İsveçrə gözəl dağ mənzərələri, qarlı Alp dağları və fantastik xizək şəraiti ilə məşhurdur. İsveçrə bütün il boyu ziyarət edilə bilən gözəl bir ölkədir
İsveçrədə 4 rəsmi dil var - Alman, Fransız, İtalyan və Roman dili.
Əgər İsveçrəyə səyahət etsəniz bu qaydanı bilmək sizin üçün faydalı olacaqdır. Burada bazar günləri hərkəs üçün bir qayda olaraq istirahət günüdür. Həftəsonu yerli əhali gününü evdə öz yaxınları ilə keçirir. Hətta ot biçmək, yuyulmuş geyimləri asmaq, avtomobil yumaq, evdə təmir işləri kimi ənənəvi məişət işləri görmək belə qadağandır. Sözügedən günlərdə avtomobilinizin qapısını da bərk vurmağınız birmənalı qarşılanmayacaq.
İsveçrəyə səhayət edəcəyiniz zaman bu qaydaları nəzərə almaq səyahətinizin xoş keçməsinə əlverişli zəmin yaradacaq.