Uşaqlarlarınızla səyahətə hazırlaşırsınız?
Bəs, onların ən yaxşı istirahəti, əyləncəsi üçün məkan seçmisiniz?!
Hələ seçim qarşısındasınızsa bir təklif də biz verək.
Dünyanın müxtəlif ölkələrində uşaqlar üçün əyləncə mərkəzləri var. Amma əksər şəhərlərə səfər üçün viza tələb edilir. Əgər viza almaq sizə çətin gələcəksə, sonuncu şəhər vizasız rahat gedib gələ biləcəyiniz İstanbul olsun.
Ah İstanbul. Hamının qəlbini fəth edən bu gözəl şəhərdə uşaqlarla da vaxt keçirə biləcəyiniz məkanlar mövcuddur. Əslində, İstanbulda uşaqlarla gəziləcək yerlər siyahısını çox uzatmaq olar amma biz siyahını çox uzatmayıb ən çox görülməli yerləri təqdim edə bilərik - İstanbul Topqapı Sarayı, Rahmi Koç Muzeyi, Pelit şokolad muzeyi, İstanbul Oyuncaq muzeyi, Barış Manço muzeyi, İstanbul Akvariyumu, Dolmabağça Sarayı, Miniatürk, Darıca Zoo parkı, İstanbul Havaçılıq muzeyi, Vialand atraksiyon parkı.
İstanbul Oyuncaq Muzeyi isə uşaqlara bam-başqa əyləncə keyfi verir. Çünki burada oyuncaq tarixinin ən məşhur nümunələri sərgilənir. Dünyada bir ilk sayılan bu gözəl məkan həm böyükləri həm də azyaşlıları olduqca təəccübləndirir. Luvr muzeyində sərgilənən Mona Lizadan fərqli olaraq burada yer alan Mona Liza dünyada yeganə gəlincik Mona Lizadır. Bu, muzeydə təqdim olunan maraqlı eksponatlardan sadəcə bir nümunədir.
Bir sözlə, uşaqlarınızın əyləncə keyfi üçün ən doğru məkan İstanbul şəhəridir. Seçiminizdə yanılmayacağınıza əminik!