QARA TURİZM!

Dünyada ən böyük nümunəsi - erməni vandalizmi


İnsanların vərdiş etdiyi həyat təlabatı olan turizm fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Yəqin ki, bilirsiniz ki, hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. 

Səyahət sevən insanlar turizmin müxtəlif növlərindən yararlanırlar. Kimisi ekoturizmdən, dağ turizmindən, təbiət turizmindən, kimisi də ov turizmi, sağlamlıq turizmi, mədəni turizm və tarixi turizmdən həzz alır.   

Amma növlərin arasında bir o qədər də məşhur olmayan “qara turizm” də mövcuddur. Bu gün bəzi insanlar turizmin məhz bu növü haqqında az bilgiyə sahib olsalar da,  dünyada “qara turizm”dən yararlanan kifayət qədər səyahətsevər var.   

Bəs, “qara turizm” nədir?

Adından da göründüyü kimi, “qara turizm” tarixi mənada savaşlar, faciələrlə bağlı xüsusi yerlərə edilən səyahət növüdür. Bu turizmlə bağlı dünyanın müxtəlif ölkələrində açıq muzeylər və abidələr, memorial komplekslər mövcuddur. İnsanlar həmin məkanlara səyahət edərək həmin ölkənin və oranın yerli xalqının yaşadığı tarixi faciələrlə real tanış olurlar. 

Düzdür, tarixi mənbələrdə həmin faciələrlə bağlı zəngin məlumatlar olur. Amma vizual görüntü ömürlük şüuraltı yaddaşa çevrilir.   

Bu gün dünyada xeyli sayda “qara turizm” məkanları olsa da, 2020-ci ildən sonra onun ən böyük nümunəsi Azərbaycan ərazisində yarandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal altında olan torpaqları 30 ildən sonra azad edildikdə bəşəriyyət dəhşətli mənzərəyə şahidlik etdi. 

30 il Qarabağı işğal altında saxlayan Ermənistan bu torpaqlarda daşı-daş üstündə qoymamışdı. Erməni vandalizminin əyani təzahürü olan bu dağıntılar bəlkə də dünyanın ən vahiməli “qara turizm” məkanı kimi tanındı. Müharibədən sonra dünyanın ən müxtəlif ölkələrindən jurnalistlər, diplomatlar, səyahətçilər Qarabağa səfərləri zamanı demək olar ki, şok yaşadılar. Əcnəbi vətəndaşlar Ağdamın dəhşətli görüntüsünə tamaşa etdikdən sonra bu şəhəri “Qafqazın Xirosiması” adlandırdılar. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz erməni barbarlığını dünyaya nümayiş etdirmək üçün azad edilmiş torpaqlarımızda işğal muzeylərinin yaradılması ilə bağlı tapşırıq verdi.  inşa etməklə bu tarixi məkanlarımızda həm mədəni, dağ, təbiət, ekoturizmlə yanaşı həm də “qara turizm”min geniş vüsət almasına şərait yaradır. Hər kəs Laçına, Ağdama, Şuşaya, Füzuliyə səfər edərkən erməni vandalizminə əyani şahidlik edəcək. 

Ağdamda açıq havada salınan İşğal Muzeyi, qədim tarixə malik Çörək Muzeyi, Memoriql Bağ kompleksi gələcəkdə “qara turizm”in ən real nümunəsi olacaq. 

1982-ci ildə əsası qoyulan, ilk qonaqlarını 1983-cü il noyabrın 25-də qəbul edən Ağdam Çörək Muzeyi isə “qara turizm” həvəskarlarının ən çox maraq göstərəcəyi məkanlardan biri olacaq. Bu gün Azərbaycan dövləti, xüsusən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış mədəni, tarixi-dini abidələrimizi yenidən bərpa edir. Bir neçə ildən sonra dünyanın “qara turizm” həvəskarları bu tarixi məkanlara səyahət etməklə erməni dəhşətlərinə canşı şahidlik edəcəklər.