Paytaxtımız Bakı 2024-cü ilin ən yaxşı qida destinasiyası siyahısında yer alıb.
Qədim şəhərimiz dünyanın ən böyük səyahət bələdçi platforması olan “TripAdvisor”ın “2024-cü ilin "Ən Yaxşı Qida Destinasiyası” siyahısında 13-cü yerdə qərarlaşıb.
Məlumata görə, siyahıda ilk pillələrdə Vietnamın Hanoi şəhəri, İtaliyanın Roma şəhəri, Yunanıstanın Krete şəhəri, Meksikanın Kusko şəhəri, İtaliyanın Florensiya şəhəri, Hindistanın Yeni Delhi şəhəri, İspaniyanın Barselona şəhəri, ABŞ-ın Yeni Orleans şəhəri, Portuqaliyanın Lissabon şəhəri, Taylandın Puket şəhəri, Fransanın Paris şəhəri və Hindistanın Caypur şəhəri qərarlaşıb.
Bu, o deməkdir ki, paytaxtımız artıq xarcici turistlərin sevimli məkanına çevrilməkdədir. Azərbaycanın dadlı-duzlu yeməkləri əcnəbi səyahətçilərin sevimli qida rasionuna çevrilib.