Harada və necə istirahət edək?
Qışda istirahət tam fərqlidir
Təbiidir ki, insanlar, turizm və səyahətsevərlər çoxdur. Lakin bu çoxluğun zövqünü oxşamaq, nə istədyini bilmək heç də asan olmasa da, artıq bizim təcrübəli, peşəkar komandamız bunun öhdəsindən gəlməyi bacarır.
Müştərilərinə yalnız etibarlı, təsdiqlənmiş məlumat təqdim edən, yalnız etibarlı operatorlarla işləyən ERATUR turizm şirkəti, onun peşəkar komandası Sizlərə bu istiqamətdə hər cür dəstək göstərməyə hazırdır!
ERATUR istər daxili, istər getmə, istərsə də, gəlmə turizm növləri daxilində peşəkar xidmətlərilə Sizin səyahət planlarınızı reallaşdırırıq.
Ölkədaxili turizm istiqamətləri
Vətənimizin hər bir guşəsi dəyərli və özünəməxsus turizm ehtiyatları ilə zəngindir. Paytaxt və eyni zamanda bölgələrimizdə yer alan turizm istiqamətli şirkətlər ilə olan əməkdaşlığımız məhz qonaqlarımızın rahatlığı üçündür.
Qonaqlarımızın arzu və istəklərinə uyğun olaraq komfortlu hotellər, təhlükəsiz transfer, ekskursiya proqramları, peşəkar bələdçi təminatı ilə keyfiyyətli səyahət və tətil xidmətlərini sizə vəd edir. Tarixi və müasir çalarları özündə məharətlə daşıyan Bakımız bütün növ turistlərin göz bəbəyidir.
Mərkəzi mövqedə yerləşən hotellər və digər növ turistik xidmətlərimiz sadəcə paytaxt Bakıda deyil, bölgələrimizdə də sizlər üçün əlçatandır.
Müalicə, əyləncə, işgüzar, tarixi, etnoqrafik, ekturizm, dağ turizmi və s. məzmunlar üzrə daxili səyahət xidmətləri şirkətimiz tərəfindən yerli və xarici qonaqlar üçün tam peşəkar şəkildə təmin edilir.
Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Astara, Lənkəran, Lerik , Abşeron və digər bölgələrimizə sizlərin bütün növ turizm tələbatınıza uyğun olaraq turpaketlər ilboyu istifadəyə hazırdır.
Tarixi Bakımız və digər bölgələrimizə təşkil olunmuş səyahət proqramlarının təkibinə daxil etdiyimiz xidmətləri nəzərinə çatdırırıq.
• Konfortlu mehmanxanalar
• Transfer
• Peşəkar bələdçi
• Qrup rəhbəri
• Maraqlı ekskursiya proqramı
• Ekskursiya məntəqələrinə giriş
• Qidalanma (BB, HB və Aİ olmaqla)
• İnformasiya dəstəyi
Türkiyə
Ən yaxın qardaş ölkəmiz Türkiyə, illərdir dünyanın bütün turistlərini özünə cəlb etməklə bərabər mehribanlıqla, yüksək xidmət ənənələri ilə qonaqlara öz qapılarını açır. Günəş, dəniz, qum həvəsində olan qonaqların ilk seçimi məhz Türkiyə sahilləri, Aralıq dənizi rivierasıdır. Kurort zonaların biri-birinin ardınca yerləşdiyi Türkiyədə erkən rezervasiya imkanının olması büdcəli turizm kütləsinin dəyərləndirdiyi fürsət mərkəzlərindəndir. İllərdir yay mövsümünün qaynar nöqtələri olan istirahət mərkəzlərinə ən sərfəli və keyfiyyətli turpaketləri ERATUR agentliyindən sadəcə şəxsiyyət vəsiqənizi təqdim edərək əldə edə bilərsiniz.
Erkən rezervasiya ilə aşağıdakı kurort zonalarina ən sərfəli, keyfiyyətli və səmərəli ödəniş imkanları ilə turpaketlərinizi ən qısa zamanda əldə edə bilərsiniz.
• Antalya
• Alanya
• Belek
• Bodrum
• Didim
• İzmir
• Kemer
• Kuşadası
• Marmaris
• Side
Ən ucuz qiymətlərlə tanış olmaq üçün bizə gəlin!
Biz hər zaman sərfəli qiymətlərlə Sizin xidmətinizdəyik.