Dünyada turizm və səyahətsevərlərin sayı getdikcə artır. Amma say artdıqca çoxluğun zövqünü oxşamaq, nə istədyini bilmək heç də asan olmasa da, artıq bizim təcrübəli, peşəkar komandamız bunun öhdəsindən gəlməyi bacarır.
Müştərilərinə yalnız etibarlı, təsdiqlənmiş məlumat təqdim edən, yalnız etibarlı operatorlarla işləyən ERATUR turizm şirkəti, onun peşəkar komandası Sizlərə bu istiqamətdə hər cür dəstək göstərməyə hazırdır!
ERATUR istər daxili, istər getmə, istərsə də, gəlmə turizm növləri daxilində peşəkar xidmətlərilə Sizin səyahət planlarınızı reallaşdırırıq.
Qışda isti ölkələrə səfər etmək
Soyuq qış aylarında yəqin ki, isti ölkələrə səyahət etmək çoxlarının arzusudur. Şərqin çalarlarını, ruhunu harada daha dərindən duya biləcəyinizi bizdən soruşsanız əlbəttə Sizə tövsiyəmiz Misir və körfəz ölkələri olacaq. Min Bir Gecə nağıllarına bənzər səyahət sadəcə və sadəcə bu ölkələrdə yaşana bilər. Bəs, niyə burada?
Çünki buruda ucsuz bucaqsız qızmar sahillər, Safari turları, fntastik dizaynda memarlıq nümunələri, tarixin sirli izləri, tamamilə fərqli ənənələr və rəngarəng mədəniyyətlər vəhdətiecazkar mənzərəsi ilə insana zövq verir.
Sərfəlidirmi?! Bunun cavabı da ürəkaçandır. Ən azı qardaş ölkə Türkiyə qədər büdcəli qonaqların sevərək müraciət etdiyi istiqamət bizimlədir.
Şarm Əl Şeyx, Qahirə, Dubay, Əbu Dabi və Doha kimi turizm mərkəzləri hər yaş qrupundan olan qonaqlar üçün öz xidmətlərini istifadəyə verib.
Bəs, bu istiqamətlərə necə getməli?
Qahirə istisna olmaq tamamilə Vizasiz rahatlıqla ümumvətəndaş sənədinizlə tam sərbəst və qısa zamanda çatacağınız turizm istiqamətləri qeyd etdiyimiz turizm mərkəzlərinədir.
Qiymətlər olduca sərfəli, ilboyu günəş, dəniz, qum , qaynar sahillər, Mehriban baxışlar, qonaqpərvər ənənələr sizinlədir.
Minimal büdcə ilə siz də ERATUR-la birlikdə şərqin bənzərsiz mənzərələrinə qapı açın!