Ən təhlükəsiz ölkə - AZƏRBAYCAN

Ən təhlükəsiz ölkə - AZƏRBAYCAN


“Global Terrorism Index 2024” (GTI) hesabatına görə, Azərbaycan ən təhlükəsiz ölkələr arasında yer alıb. 
Reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır.
“0” indekslə sonuncu - 89-cu yerdə qərarlaşan Azərbaycan dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.
Bu fakt Azərbaycanda daxili sabitliyin yüksək səviyyədə təmin etdiyini sübut edir. 
Azərbaycanın ən təhlükəsiz ölkə statusuna sahiblənməsi əlbəttə ki, ölkəmizə səfər etmək istəyən səyahətçilərin də sayına müsbət təsir göstərə bilər. Bu faktı oxuyan, məlumat alan səyahətsevərlər turist kimi getmək istədikləri ölkələr sırasına Odlar yudunu da daxil edirlər. Bu da təbii ki, Azərbaycanın turistlər üçün ən sevimli məkanlardan birinə çevrilməsinə zəmin yaradır.