Deyirlər, dünya Londondan idarə olunur, həm də London xəyallar şəhəridir. Ancaq bu dəqiqdir ki, dünyanın ən zəngin adamlarının mütləq Londonda mülkləri var. Necə deyərlər, varlılar şəhəri olan Londona səyahət də bahadır, amma heç olmasa bir dəfə getməyə dəyər. Burada hər şey var - həm gözəl qədim memarlıq, həm də müasir biznes mərkəzləri. Bu şəhərin görməli yerlərinin əksəriyyəti uşaqlıqdan, ingilis dərsliklərindən bizə məlumdur. Axı kim İngiltərənin paytaxtını ziyarət edib, minlərlə PUB-dan birinə girib, ingilislərlə birlikdə Mançesterə azarkeşlik etməkdən imtina edər?
Londona nə vaxt gedək?
London Böyük Britaniya və İngiltərənin paytaxtıdır. Köklü xalqları keltlərdir və şəhər adını isə Roma imperatorluğu dövründə alıb-Londonium. Avropanın ən çox ziyarət edilən 2-ci paytaxtı olan Londona ilin hər fəslində getmək olar, ancaq mülayim dəniz iqlim tipi hakim olduğuna görə yay aylarında səfər etsəz daha yaxşıdır. Ortalama temperatur yayda 22, qışda isə 2-5 dərəcə olur.
Necə gedək?
Bakıdan Londona AZAL-ın hər həftənin 2 və3-cü günləri birbaşa reysi var və qiymətlər baxımından ən münasib dövr yay ayalrıdır. Dekabrda isə yeni ili qeyd etmək üçün Londona gedənlər çox olduğundan qiymətlər çox baha olur. Birbaşa yolçuluq 6 saata yaxın çəkir və nəzərə alın ki, ölkələrimiz arasında 4 saat vaxt fərqi var.
Hesab edirik ki, AZAL ilə rahat şəkildə Londona getmək səyahətinizdə elə başlanğıcından müsbət emosiyalar deməkdir. Qeyd edək ki, digər hava yolları ilə getmək də mümkündür və bunların arasında indi ən məşhuru İstanbul və Tiflis vasitəsilədir, eyni zamanda Lufthansa ilə də uça bilərsiniz. Amma uçuş müddəti uzun olduğu üçün istənilən halda, birbaşa uçuşun yerini vermir.
Harada qalaq?
Londonda otellər digər avropa şəhərlərinə baxanda çox baha olduğu üçün hostelləri də seçə bilərsiniz. Şəhərdə həddən çox görməli yerlər olduğuna görə turistik ərazilərin yaxınlığında qalmaq daha məqsədə uyğundur. Mərkəz hissədə çoxlu seçimlər olduğuna görə rezervasiyada üstünlük verdiyiniz kriteriyaları əsas götürə bilərsiniz. Ailəcək gedirsizsə "The Nadler Kensington Hotel" və "Cadogan Gardens" sizə uyğun seçimlərdir. "Blakes Hotel", "The Soho Hotel, Firmdale Hotels" butik otellər kimi məşhurdur.
Nəyə baxaq?
Londonda gəzməli yerlər çoxdur. Dünyaca məşhur meydanlar, çoxlu sayda sənət qalereyası və muzeylər var. Ən turistik yerlər Parlament Binası, Big Ben, Tower Bridge, London körpüsü, London Eye və London Müşahidə Evidir.