巴库是阿塞拜疆共和国的首都,位于里海西岸的阿布歇隆半岛上。城市面积为2140平方公里,根据2023年其他官方数据,非官方人口接近500万。巴库是世界上最具魅力和多元文化的城市之一,地处欧洲与亚洲交汇处。
巴库的海岸线低于海平面约28米。该地区盛产石油、天然气和建筑材料。平均气温:1月为3–4°C,7月为38–42°C,年降雨量约210毫米。强烈的北风“赫兹里”和南风“吉拉瓦尔”是巴库气候的重要特征。
自古以来,人们就在巴库和阿布歇隆半岛定居,并建立了居民点。这主要得益于巴库地处南北、东西迁徙与贸易路线的交汇处,气候宜人,并拥有自古便涌出地表的“原油”能源资源。阿布歇隆地区的考古发现证实了巴库的古老居住历史。在皮拉拉赫、齐格湖、舒韦兰、马尔达坎、埃米尔詹等地发现了公元前三千至一千年间的文物。
巴库著名景点:
内城(伊切里谢赫尔)、少女塔、希尔凡沙宫殿、阿特什加火庙、巴库滨海大道、国家国旗广场、戈布斯坦国家公园、火焰塔、尼扎米街、盖达尔·阿利耶夫文化中心、燃火山、阿塞拜疆地毯博物馆、阿塞拜疆国家历史博物馆。

Heydər Əliyev Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.
Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.
Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.
Heydər Əliyev Mərkəzinin loqosu qurumun üzərinə düşən vəzifələri rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir.
Mərkəzin “Gələcəyə dəyərlərlə!” şüarı da bu ideyadan yaranıb. Xalq arasında "İmza Sarayı" adı ilə də tanınır.
Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli "Auditorium" hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər.

"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.
Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.
İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
İçərişəhər tarix-memarlıq qoruğu Bakı şəhərinin Səbail rayonu ərazisində, Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşir. Qoruq hündürlüyü 8–10 metr, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərin cənub-şərqindən İstiqlaliyyət küçəsi, şimal-qərbindən isə Neftçilər prospekti keçir, şərqində eyniadlı metro stansiyası yerləşir. İçərişəhərin şərqindən Əziz Əliyev küçəsi keçir, cənub-qərbində isə Vahid parkı yerləşir.