Qızıl payızın sehri
Payız mövsümünün öz yeri, öz gözəlliyi var. Bu fəsli bəzən ruzi-bərəkət, bolluq, toy ayları, məhsul bayramı günləri kimi xarakterizə edənlər də olur. Payızda meşələr, dağlar, dərələr, çaylar, göllər, bir sözlə, təbiət mənzərələrindən tutmuş bütün həyat dəyişir. Bu zaman babalardan qalma qızıl payız deyimi nə qədər dəyərli və mənalı görünür.
Qızmar yay fəslindən sonra gəzməli məkanlar, görməli yerlər, yay aylarının sonunda boşalan parklar, istirahət məkanları yenidən öz qapılarını səyahətçilərin üzünə açır, baş verən yeniliklər, bir-birindən əzəmətli və möhtəşəm tikililər, festivallar, sərgilər, maraqlı əyləncələr adamlarda başqa ovqat yaradır.
Piyada gəzmək, səyahət etmək həm fiziki, həm də psixoloji baxımdan sağlamlıq üçün çox faydalıdır. Səyahətlər ilk növbədə stresi azaldır, beyin fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, gümrahlıq və xoş yuxu gətirir, xoşbəxtlik hormonlarını yüksəldir. Məkan yerdəyişmələri, gözəl mənzərələr, saf hava və sairə insanların ruhuna dinclik bəxş edir. Bir sözlə, səyahətlər insan orqanizmində yenilənmə funksiyasını daşıyır. Turist səfərləri zamanı və asudə vaxtlarda təmiz havada gəzmək sağlamlığın başlıca şərtlərindəndir. Çoxillik təcrübədən müşahidə ediriək ki, indi insanlar gəzintidə payız turizminə üstünlük verməyə başlayıblar. Bunun da səbəbləri var. Məsələn, həddindən artıq isti və ya soyuq havalarda oksigen bolluğu olur, digər tərəfdən, payızda hotel və səyahət qiymətləri yay aylarına nisbətən ucuz başa gəlir və s. Üstəlik, təbiətin özü də bir ayrı cür gözəl olur bu fəsildə.
Payız turizm mövsümünün maraqlı ünvanlarını axtarırsınızsa, biz sizə yardım göstərə bilərik. "Eratur" sizlərə cibinizə uyğun ən münasib tur-paketlər təklif edir. Qızıl payızın keyfini bizimlə yaşayın!