Bütün qışı iş mühitində keçirən və ya başqa səbəblərdən övladlarına vaxt ayıra bilməyən valideynlər, ailəvi tətildən tam zövq almaq üçün otel axtarışındadır.
Bu məqaləmizdə Türkiyənin Antalya bölgəsindəki ən yaxşı ailə otellərini bir araya topladıq ki, ailəsi ilə birlikdə bir ilin yorğunluğunu atmaq istəyən ailələr tətil hazırlıqlarında çətinlik çəkməsinlər. Müştərilərin reytinqlərinə əsasən (8.0-10 bal əsasında) tərtib etdilən 10 ən yaxşı ailə otellərini təqdim edirik:
1. CRYSTAL ADMIRAL RESORT SUITES & SPA
Özünəməxsus mənzərəsi ilə qonaqlarına arzuladıqları tətil fürsəti təqdim edən Crystal Admiral Resort Suites & Spa, Antalya hava limanına 80 km, Antalya şəhər mərkəzinə isə 85 km məsafədədir. İncə qumlu çimərliyi, müxtəlif ölçülü hovuzları və Aquaparkı ilə otel xüsusilə uşaqlı ailələr üçün demək olar ki, bayram abu-havası yaradır.
Crystal Admiral Resort Suites & Spa 4-12 yaşlı uşaq və yeniyetmələr üçün bütün gün davam fəaliyyətləri, Crispy Mini Club, oyunlar, uşaqlar üçün xüsusi olaraq ayrılmış hovuz, yemək və içkilərlə uşaqlarınıza əyləncəli, macəralı və unudulmaz anlar yaşadacaq. Digər tərəfdən otelin tərkibindəki uşaq klubu öz işçi heyəti ilə “Uşaq və Ailə Dostu Otel” konsepsiyasına uyğun xidmət göstərir.
2. IC HOTELS GREEN PALACE
Aralıq dənizinin mavi suları ilə qovuçan özəl çimərliyi, möhtəşəm bağları, 4000 kv/m ümumi hovuz sahəsi, 2015-ci ildə təmir edilmiş 429 otağı və restoranları ilə qonaqlarına yeni bir tətil təcrübəsi vəd edən “IC Hotels Green Palace” Antalya şəhər mərkəzinə 25 dəqiqə, Antalya Hava Limanına 15 km məsafədə yerləşir.
Standart xidmətlərə əlavə olaraq, uşaq baxıcılığı, Aqua Park və Sprey Hovuzları, Ailələr üçün xüsusi olaraq hazırlanmış Kino və Playstation otaqları, uşaqlar üçün gündüz və axşam şouları üçün Mini Amfiteatr, Mini Disko, Luna Park, müxtəlif mövzulu əyləncələr, müxtəlif idman oyunları, oyunlar və Əl işləri və fəaliyyətləri ilə regionun ən böyük və ən təhlükəsiz mini klubu olan “NICO Kids Club” 0-4 yaş (Baby Club), 4-8 və 8-12 yaş (Mini Club) və yaşlı uşaqlara öz xidmətlərini təklif edir.
3. CORNELIA DIAMOND GOLF RESORT & SPA
Antalya Belekdə "Tailor Made Luxury" qonaqlarına mükəmməl bir tətil təcrübəsi təqdim edən Cornelia Diamond Golf Resort & Spa, "Baby Friendly Hotel" xüsusilə körpə baxımı ilə yanaşı, Atlantis Children's World, uşaq hovuzları da təklif edir. Bağçası və açıq oyun meydançaları, əyləncə parkı, 4 min kvadrat metrlik xüsusi ərazisi ilə ailələrə əyləncəli bir atmosfer təqdim edən otel elavə Aquapark olamaqla bir çox imkanlar təqdim edir.Mini kinoteatr, oyun otaqları, idman meydançası, mini klub ərazisində hovuzlar, su parkı, elektron oyunlar, playstation, bamper avtomobilləri, qatar və karuselli mini əyləncə parkı kimi müxtəlif xidmətlər təklif edən otel, yay mövsümü boyunca ailələrə yaradıcı və əyləncəli fəaliyyətlər təklif edir.4. GLORIA SERENITY RESORT
Hər şey daxil imkanları ilə rahatlıq, macəra və əyləncənin müxtəlif ölçülərini kəşf etmək fürsəti təqdim edən “Gloria Serenity Resort”, 8 kiçik/böyük sürüşməsi olan Aquaparkı ilə hər yaşdan uşaqlara əyləncə və həyəcan təqdim edir.
Balaca qonaqlara təhlükəsiz və əyləncəli bir dünyanın qapılarını açan Gogi Kids Club-da Kostyum Oyunları, Xəzinə Ovu, Balon Rallisi, Təbiət Kəşfiyyatı, Kloun, Yaddaş Kartları, Basketbol, Bilyard, Futbol, Stolüstü Tennis, Mini Qolf var. 13-17 yaş arası qonaqlarını unutmayan “Gloria Serenity Resort” bilyard, futbol, dart, su idmanları, stolüstü tennis, açıq hovuz, qapalı hovuz, mini golf, basketbol, voleybol, aquapark, DJ kursu və çoxsaylı əyləncələr təklif edir.
5. ALVA DONNA EKSKLÜZİV HOTEL BELEK
Unikal memarlığı ilə seçilən və 64 min kv/m sahədə tikilmiş “Alva Donna Exclusive Hotel Belek”, hava limanından 40 km və Antalya şəhər mərkəzindən 50 km məsafədədir. Otel, əsas bina və lüks binadan ibarət 11 blok, 724 otaq, 2 əsas restoran, 6 A'la Carte Restoran, 3 Snack Restoran, 11 Bar, 1 Diskoteka, 2 qapalı və 7 açıq hovuz, 2 spa mərkəzi, 2 tennis kortu, açıq dayanacaq, uşaq klubu və oyun meydançası, şəxsi çimərlik və estakada ilə xidmət göstərir.
“Uşaqlar xoşbəxtdir, ailələr xoşbəxtdir” fəlsəfəsi ilə hazırlanan Alves Uşaq Klubunda uşaqların fərdi inkişafına töhfə verəcək xüsusi fəaliyyətlər, əl işləri, rəsm, fəaliyyət sahələri, şou və festivallar var.