Yaxın Şərq ölkələrindən Azərbaycana turist axınında 40 faizədək artım var.
Bu ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, ötən ilin müvafiq göstəricisini 39 faiz üstələyir.
Hazırda Azərbaycan Turizm Bürosu Küveyt, Doha və Dubayda keçirilən "Ahlan Arabia" adlı silsilə tədbirlərdə iştirak edir.
İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə Azərbaycanın turizm imkanları yerli turizm şirkətlərinə təqdim edilib.