"ERATUR" buz meydançasında

"ERATUR" buz meydançasında

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Heydər Əliyev adına İdman-Konsert kompleksinin birgə təşəbbüsü ilə bir sıra üzv şirkətlərin nümayəndələri üçün buz meydançasına infotur təşkil edilib.

İnfotur çərçivəsində ATAA üzvlərinə buz meydançasının imkanları, turizm şirkətlərinə təqdim oluna endirim təklifləri, xüsusi turpaketlərin hazırlanması, eləcə də İdman-Konsert Kompleksində təqdim edilən xidmətlər, Abşeron rayonu, Sumqayıt şəhəri və Şağan qəsəbəsində yerləşən Regional Olimpiya Mərkəzlərindəki hotellər haqqında məlumat verilib.
Əlavə edək ki, infotura dəvətlilər sırasında "ERATUR" Turizm Şirkəti də yer alıb.