Ölkəmizdə coğrafi anlamda işlədilən maraqlı bir deyim var: “Biləcəridən o yana haranı gəzmisiniz?” Yəni, “gəzmək” deyəndə hansısa səyahətindən söhbət gedir.
Yəqin ki, bu yerlər barmaqla sayılası qədərdir. Çünki, həyatımız bütün Yer kürəsini gəzəcək qədər uzun deyil. Amma, nə vaxtsa bu cür şansımızın olmayacağına kim zəmanət verə bilər ki?! Əgər bir gün bütün Yer kürəsini gəzmək imkanınız olsa, ilk olaraq gedəcəyiniz məkanları əvvəlcədən müəyyən edəcəksiniz. Amma hər halda ağıllı məsləhətlər bəzən çox faydalı və xeyirli olur. Elə bu dəfə sizlərə dünyanın ən maraqlı bir neçə məkanından söhbət açacağıq.
Başlayaq “Pişiklər adası”ndan. Söhbət Yaponiyanın İsinomaki şəhərinin bir hissəsi sayılan Taşiro adasından gedir. Adada yerləşən Oodomari və Nitoda qəsəbələri arasında Pişik məbədi var. Adanın yerli əhalisi qədim zamanlardan ipəkçiliklə məşğul olub. Siçovullar onların sənayesinə böyük zərbə vurub. Lakin, pişiklər də siçovullara qənim kəsilib. Buna görə də adada pişiklərə rəğbət bəslənir. Adada pişiklərin sayı insanların sayından çoxdur. Taşiro`ya it gətirmək qadağandır.
“Oymyakon” - Rusiyada yerləşən bu kənd dünyanın ən soyuq insan məskənidir. 71 dərəcə soyuqda sağ qalmaq hər insanın hünəri deyil. Dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşən kəndin əhalisi 500 nəfərə yaxındır. Oymyakonda avtomobil mühərrikləri daim işlək vəziyyətdə olmalıdır. Yoxsa, yenidən avtomobilinizi işə sala bilməzsiniz.
“Göyqurşağı dağı” - Dünyanın təbiət gözəlliklərindən biri də Perunun Kusko bölgəsindədir. Bölgənin orijinal adı Vinicusca və dağ, "Montana De Siete Colores", yəni yeddi rəng dağı mənasını verir. Ərazi turistlərin sevimli məkanına çevrilib. Bəs, dağın qat-qat göyqurşağı rənglərini yansıtmasının sirri nədir? Bunun səbəbi isə bölgədə qarlar əriyəndə torpaq aşınmaya başlayır və bu zaman fərqli mineral təbəqələr dağ boyunca zolaqlar halında üzə çıxır. Qırmızı rən oksidləşmiş dəmirdən əmələ gəlir. Sarı rəng tonu isə dəmir sulfurun olduğundan xəbər verir. Bənövşəyi qəhvə rəngi isə oksidləşmiş limoniddən yaranır. Yaşıl rəng isə kloritten mineralından əmələ gəlir. Bu mənzərəni izləmək üçün isə paytaxt Limadan Kuskoya getmək, daha sonra 3 saat avtobusla səfər etmək lazımdır. Avtobusdan endikdən sonra isə 10 km piyada getmək lazımdır.
“Meduza gölü” - Palau arxipelaqında yenləşən gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Dərinliyi isə 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır. Göldə iki növ meduza vardır - qızılı (Mastigias papua) və ay (Aurelia).
Bu göldə yaşayan meduzaların sayı təxminən 2 milyona çatıb. İllər boyu “Meduza gölü” turistləri özünə cəlb etməyi davam edir. Qeyd edək ki, Eyl-Malk adasında onlarla kiçik göl vardır və onların hamısında meduzalar yaşamaqdadır. Onlar Dünya okeanından tamamən təcriddir.
Gəzmək, görmək, istirahət etmək sizdən, dünyanın maraqlı turlarını təşkil etmək ERATURdan. Biz Sizə hər zaman ən sərfəli, cibinizə uyğun tur paketlər təqdim edirik. Soyuq qış aylarında isti ölkələrə və ya bol qarlı məkanlara səyahət etmək istəyirsinizsə, yolunuzu ERATURdan salın.