ERATUR “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ində

ERATUR “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ində

Ötən həftə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib.
Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunub.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.
Hər zaman müştərilərinə yüksək səviyyədə xidmət göstərən ERATUR turizm şirkəti də sərgidə öz imkanlarını təqdim edib. 
Fəaliyyəti, məqsədi, xidmətlərinisərgi iştirakçılarına təqdim edən şirkətimiz xeyli sayda iştirakçıda böyük maraq doğurub.



Müştərilər ERATUR-un xidmətləri ilə yaxından maraqlanmış və daxili və xarici turpaketlərinin cəlbedici olduğunu bildiriblər. Bunun səbəbi isə çox sadədir. Çünki ERATUR müştərilərinə dünyanın istənilən nöqtəsində, ən prestijli kurort və çimərliklərdə tam çeşidli xidmətlər və yüksək servis göstərərək layiqli və rahat istirahətinizi təmin edir. Məqsəd müştərilərə keyfiyyətli istirahət imkanları yaratmaq və onların rahat, yaddaqalan, zövqlü istirahəti üçün hər cür şərait yaradaraq ən ali etimadlarını, güvənlərini qazanmaqdır. Şirkət bu istiqamətdə müştərilərin etimadını hər zaman doğrultmağa calışır. 



“ERATUR” turizm şirkəti müştərilərinə yalnız etibarlı, təsdiqlənmiş məlumat təqdim edir və yalnız təsdiqlənmiş və etibarlı operatorlarla işləyir. ERATUR yüksək ixtisaslı, peşəkar menecerləri işə götürür, buna görə də tətilin yüksək keyfiyyətinə zəmanət verir. 
Müştərilər bizi seçməklə Avropanı, Amerikanı, Asiyanı, bir sözlə, dünyanın sehirli və möcüzəvi yerlərini, okean suları arasında rəngarəng ada və meşələri daha yaxından tanımaq imkanı əldə edirlər.
ERATUR-la dünya səyahətinin dadını çıxarırlar.