“Gündəlik həyatda özümüzə tez-tez soruşduğumuz həyatdan gözləntilərim nədir? Mən hansı gələcəyə sahib olmaq istəyirəm? İşimi dəyişdirməliyəm?”
Bu kimi suallara darıxdırıcı gündəlik işlərdən və problemlərdən uzaq, sakit bir mühitdə qərar vermək lazımdır. Bu kontekstdə səyahətə çıxmaq fikri çox məntiqli bir seçimə çevrilir. Həyatın bizə təqdim etdiyi kəskin yol ayrıclarından hansına üz tutacağımıza qərar verməzdən əvvəl yaşadığımız yerdən uzaqlaşaraq öz daxili hesabımızı aparmalıyıq. Səyahət etmək və başqa yerləri görmək əhvalımızı dəyişir və motivasiya verir. Beləliklə, daha yaxşı qərarlar qəbul edə bilərik.
Yuxarıda sadaladığımız kimi səyahətin insan həyatına çoxlu töhvələri var. Bu siyahını daha da uzatmaq olar. İnanın, səyahət etmək insanın həyatına edə biləcəyi ən dəyərli sərmayələrdən biridir. Çətin iqtisadi şəraitdə belə, yerləşdiyimiz şəhərə qısa bir səfər etməklə lazımsız xərclərdən qaçmalı və bunu həyat tərzinə çevirməliyik.
Səyahət zamanı muzey ziyarətləri biliklərin artırılması baxımından çox əhəmiyyətlidir.