Dünyaca məşhur yazarların, sənətçilərin, musiqiçilərin səyahətin insana bir çox baxımdan faydalı olmasını dilə gətirdiyini müşahidə etmişik. Fürsət tapdığımız hər anı gəzərək, kəşf edərək, dünyagörüşümüzü genişlədərək qiymətləndirmək həm fiziki həm də ruhi baxımdan bir çox müsbət təsirlərə malikdir.
Səyahət etmək yeni mədəniyyətlər, ləzzətlər, inanclar, hobbilər, məlumatlar deməkdir. Səyahət etmək sağlamlığımızı və ruhumuzu yeniləyə biləcək ən əyləncəli yollardan biridir!
Bəs, səyahət etmənin başqa nə kimi faydaları var?
Araşdırmalara görə ildə bir neçə dəfə səyahət edən insanlar, səyahət etməyənlərə nisbətən depressiya və stress kimi neqativ psixoloji vəziyyətlərə çox az düşürlər.
Üstəlik səyahət etmənin faydalarını qısa müddətdə hiss etmək olur. Tətilin ilk günlərində stressin yüzdə 90 nisbətində azaldığı müşahidə olunmuşdur. Səfərin təşkili, xüsusilə tək səyahət edənlərin özlərinə bir yol xəritəsi çəkməsi, özləri ilə götürəcəkləri əşyaları təyin etməsi, qısa müddətdə qərar qəbul etmələr insanın ruhunu inkişaf etdirərək özgüvənini artırır! Özünə inamı yüksəldən bu kimi hallar nəticəsində adamın xəyal gücü və yaradıcılığı da artır.
Səfər əsnasında bir çox yeni insanla tanış olub, tam fərqli dünyaların qapılarını açırsınız. Bir çox insanlarla söhbət edərək bir-birindən fərqli mədəniyyətlərdən xəbərdar olursunuz. Bunun sayəsində həm empatiya qurma imkanlarınız genişlənir, həm də insanları mühakimə etmək, həmçinin özünüzdən fərqli görünəni qınamaq kimi mənfi xüsusiyyətlərdən uzaqlaşırsınız.
Bunu unutmayın: Səyahət etmənin yaşı yoxdur və heç zaman gec deyil!