İnfoturlar hər bir müəssisə və ya ölkənin müəyyən zaman daxilində satışın stimullaşdırılması, yeni əlaqələrin formalaşdırılması üçün əlverişli sosial, mədəni tədbir hesab olunur. Onlar digər turlardan özünün qeyri-kommersiya xarakteri ilə fərqlənirlər . Belə ki, sözügedən tura cəlb edilən hər bir iştirakçıya mövcud mövzu haqqında ətraflı məlumat verilir və son məhsulun hazırlanma prosesi, mahiyyət, məqsəd və hədəflər çatdırılır. Yerli, regional və beynəlxalq olmaqla müxtəlif məzmunlu infoturların təşkili digər bazarlarda oldugu kimi turizm bazarında da inkişafla nəticələnir. Yerli turizm bazarının inkişafında turizm iştirakçılarının, turizm istiqamətli fəaliyyət göstərən dövlət qurumlarının infoturlarda iştirakı respublikamızın da turizm ehtiyatlarının tanıtımında xüsusi rol oynayır. Məhz qarşılıqlı əməkdaşlıq məqsədilə ERATUR şirkəti də infoturların təşkilində yaxından iştirak etməyə hazırdır. Haqqında bəhs edilən infoturlara aid ətraflı məlumatları aşağıdakı turproqramlar vasitəsilə əldə edə bilərsiniz.