Dünya turuna çıxan turistlər zaman ötdükcə daha maraqlı istirahət üçün yeni ünvanlar, qeyri-adi gözəlliklər axtarmağa başlayırlar. Asiyanı gəzib dolaşanlar üzü Avropaya, Qədim Qitəni kəfş edənlər isə Gündoğana doğru hərəkət edirlər.
Təbii ki, hər bir ölkənin özünəməxsus təbiəti olduğu üçün turistlər seçim qarşısında qalırlar. Bu məsələdə həm də vaxt, məsafə və maddi duruma qənaət ilk düşünülən məsələ olur. Ona görə də səyahətçilər ən əlverişli varianta üstünlük verirlər.
Tezliklə Azərbaycan dünya səyahətçilərinə Avropadan Asiyaya və ya əks istiqamətə doğru hərəkət etmək imkanı yaradacaq yeni dəhliz yaradacaq.
Hazırda Xəzər dənizi vasitəsi ilə bu imkanları gerçəkləşdirən ölkə kimi Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə ilk növbədə Türk dünyası ölkələri üçün yeni körpü yaradacaq. Zəngəzur dəhlizi vasitəsi ilə həm avtomobil, həm də dəmir yolu vasitəsi ilə səyahətçilər Avropadan Asiyaya, Asiyadan Köhnə Qitəyə ən əlverişli marşurut kimi yararlana biləcəklər.
Bu dəhliz həm də «Türk yolu» adlandırılır. Naçxıvandan qardaş Türkiyəyə və oradan da Mərkəzi Asiyaya uzanacaq, Azərbaycanın səyi nəticəsində Avrasiyanın yeni iqtisadi aortasına çevrilən «Türk yolu» Avropa üçün nəfəslik, Türk dövlətləri üçün isə tarixi fürsətdir.
Bununla da Azərbaycan həm də uzaq Çindən başlayan tarixi İpək Yolunun bərpa olunması istiqamətində çox mühüm tarixi missiyanı reallaşdıracaq. Bu prosesdə ən çox qazanan isə turistlər olacaq. Səyahətsevərlər həm vaxt, həm də xərclər baxımından bu əlverişli dəhlizin imkanlarından yaxşıca yararlanacaqlar.