Dünyanın elə bir guşəsi var ki, insanların yaşadığı yerlərdən o qədər uzaqdadır ki, kimsə ora getsə, kosmosda olan astronavta Yerdəki hər hansı bir insandan daha yaxın olar.
Sakit Okeandakı bu tənha yer Jül Vernin məşhur "Dəniz altında 20.000 liqa" əsərindəki qəhrəman Kapitan Nemonun şərəfinə Nemonun nöqtəsi adlandırılıb.
Point Nemo planetin sahildən və məskunlaşan ərazilərdən ən uzaq yeridir. Ona ən yaxın yer 2688 kilometr şimalda yerləşən kiçik Dusi və Pasxa adasıdır. Müqayisə üçün qeyd edək ki, Kosmik Stansiya yerdən cəmi 400 kilometr hündürlükdədir və nəqliyyat qaydasındadırsa, ona çatmaq ən yaxın quru nöqtəsindən daha sürətli olur.