Yunan adalarına gələnlər üçün viza müddəti başlayıb.
Yunanıstanın 10 adasına gündəlik səfərlər üçün viza müraciətinə start verilib.
Bu ölkənin on adasında keçərli olacaq tətbiqə əsasən, Türkiyə vətəndaşları 60 Avro ödəməklə adaları bir həftəyə qədər gəzə biləcəklər.
O da bildirilir ki, girişdə pasport nəzarəti və barmaq izi qeydiyyatı aparılacaq. Normalda Yunan adalarına bir günlük getmək üçün Şengen vizası tələb olunurdu.