Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilib
Bakıda daha bir beynəlxaq konfrans keçirilib. 2-3 may tarixlərində paytaxtımızda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” baş tutub. Forumda Təşkilata üzv dövlətlərdən Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistandan olan turizm sənayesi nümayəndələri iştirak ediblər.
Mayın 2-də “Park İnn” hotelində forumun ilk günündə “İƏT Regionunda Turizm: İmkanlar və Problemlər” adlı açılış paneli ilə yanaşı, "Yaxın Şərq və Qərbi Asiyadan keçən İpək Yolları: Əsas təşkilati detallarla tarixi "İpək Yolu" nəqliyyat marşrutunun yenidən qurulması", “Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə İƏT ölkələrindən Azərbaycanın destinasiya məntəqələrinə mütəmadi tanışlıq səfərlərinin təşkili və onların vəziyyəti” və “Birgə İƏT Tur Paketlərinin hazırlanması və həyata keçirilməsi” mövzuları üzrə panel müzakirələri aparılıb.
Mayın 3-də isə “Radisson” Hotel Bakuda forumun B2B((biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıq görüşləri keçirilib.
Bu görüşlərdə “Eratur” Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər. Sözügedən məzmunda forumlar Azərbaycan turizminin, eyni zamanda turizm şirkətlərinin inkişafına mühüm töhvə verir.