Qazaxıstan-Azərbaycan turizm əlaqələri inkişaf edir

Qazaxıstan-Azərbaycan turizm əlaqələri inkişaf edir

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyində turizm sahəsində ikitərəfli əməkdaşlığın dərinləşməsinə və iki ölkə arasında turizm axınının intensivləşməsinə yönələn Qazaxıstan-Azərbaycan turizm forum keçirilib.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, “Kazakh Tourism MŞ” SC-nin, Azərbaycanın Dövlət Turizm Agentliyinin və Turizm Bürosunun, AirAstana və FlyArystan aviaşirkətlərinin, Azərbaycanın və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyalarının nümayəndələri, Almatı və Şimkent şəhərlərinin, Manqistau vilayətinin turizm idarələrinin rəhbərliyi, iki ölkənin iri turizm şirkətləri, jurnalistlər, tanınmış azərbaycanlı bloqerlər, ümumilikdə 70-dən çox nəfər iştirak edib.

Səfir Alim Bayel salamlama nitqində Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq olduğunu qeyd edib. İkitərəfli əməkdaşlıq bütün sahələrdə, o cümlədən turizm sahəsində inkişaf edir. Diplomat qazaxıstanlıların Azərbaycana və azərbaycanlıların Qazaxıstana artan marağını vurğulayıb.A. Bayel qeyd edib ki, 2023-cü ilin statistik məlumatlara əsasən, ötən il Azərbaycanı ziyarət edən Mərkəzi Asiyadan olan turistlərdən hər ikincisi Qazaxıstandan olub. Ötən il Azərbaycana 58 000 qazax turisti gəlib. 2024-cü ilin yanvar – iyun aylarında Azərbaycanı artıq 39 000 qazax turisti ziyarət edib. Ümumilikdə, Azərbaycana turizm axınının dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşıb.
Görüş zamanı Qazaxıstanın turizm sənayesinin nümayəndələri forumun iştirakçılarına ölkəmizin məşhur turizm marşrutları haqqında söz açdılar, Qazaxıstanın unikal və ecazkar təbiətini nümayiş etdirdilər, həmçinin 8-14 sentyabr tarixlərində Astanada keçiriləcək 5-ci Ümumdünya Köçərilər Oyunları barədə ətraflı məlumatla bölüşüblər.
Tədbir çərçivəsində həmçinin AirAstana və FlyArystan aviaşirkətləri tərəfindən təşkil olunan lotereya oynanılıb. Qaliblərə Azərbaycandan Qazaxıstana pulsuz aviabiletlər təqdim olunub.

Bundan başqa, forum çərçivəsində iki ölkənin turizm agentlikləri rəhbərlərinin B2B görüşlər sessiyası baş tutub, Qazaxıstanın və Azərbaycanın Turizm Bələdçiləri Assosiasiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Qeyd etmək lazımdır ki, 2024-cü ilin iyulunda azərbaycanlı səyahət bloqerlərin Qazaxıstana ilk turu baş tutub və onun çərçivəsində onlar Almatı, Şımkent və Türkistan şəhərlərini, habelə Almatı vilayətini ziyarət ediblər. Forum zamanı onlar Qazaxıstan haqqında öz təəssüratları ilə bölüşüblər. Forum iştirakçıları bu cür tədbirlərin Qazaxıstana turistlərin axınını artıracağına əminliyini ifadə ediblər.