Türkiyə ölkəyə daxil olan şəxslərdən barmaq izlərinin götürülməsi layihəsini həyata keçirməyə hazırlaşır.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Daxili işlər naziri gələcək üçün vacib layihəni açıqlayaraq bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək.
Nazir, həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq.