Sağlamlıq turizminə maraq artır

Sağlamlıq turizminə maraq artır

Sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf edən bir sektor olaraq çox önəmli bir turizm növünə çevrilib. İnsanlar bu gün sağlamlıqla bağlı problemlərinin həlli zamanı ən yaxşı seçimə üstünlük verməyə çalışırlar. Müalicə və tətil məqsədilə şəhərlərarsı və ölkələrarası reallaşan səyahətlər sağlamlıq turizmi adlanır. Sağlamlıq turizmi ən gənc turizm növlərindən hesab edilsə də, artıq kifayət qədər istehlakçını öz ətrafına toplaya bilib. Hətta digər turizm növlərinə dəstək olaraq öz töhfələrini də verməkdədir. Burada illərdir seçilən Rusiya, Belarusiya, Çexiya eyni zamanda vətənimizin müalicə və sağlamlıq imkanları turizm bazarında özünəməxsus yer tutur. 
Naftalan sanatoriyası, Karlovi Vari, Mineralnıye Vodı kimi destinasiyalar sağlamlığının qeydinə qalanlar üçün unikal seçimlərdəndir! 
Müalicə sağlamlıq paketləri ailələr və təqaüd yaşlı qonaqlar tərəfindən daha çox diqqət görməkdədir. Gözəlliyinin qayğısına qalan xanımları da unutmamalıyıq.
Bu turpaketlərin tərkibi olduqca faydalı müalicə və sağlamlıq prosedurları ilə zəngindir. Qiymət və turpaketlərə aviabiletlər, müalicə xidmətləri, günboyu qidalanma, gecələmə xidmətləri daxildir.
“ERATUR” sizlərə bu istiqamətdə də yardımçı olmağa hazırdır. 
Seçim etmək sizdən səfərinizi təşkil etmək bizdən!