Səyahət edərkən oxunacaq kitablar
Çox adam uzun yolda səyahət etməyi sevir. Kimi bu yolda sevdiyi musiqiyə qulaq asır, kimi çatdırmadığı işlərini görür, filmə baxır və ya kitab oxuyur. Bu gün sizinlə səyahət zamanı oxuna biləcək kiçik və maraqlı kitablardan bir neçəsini bölüşürük.
1. Fyodor Dostoyevski - “Bəyaz Gecələr”
Bu kitab, tənha bir insann hər gecə təkbaşına küçədə gəzməsini və belə gecələrdən birində qarşılaşdığı qadına duyduğu qarşılıq sevgisini əks etdirir.
2. Antuan de Sent Ekzüperi – “Balaca Şəhzadə”
Bu kitab, "Balaca Şahzadə” nağılının sadə süjeti özündə əxlaqi-etik planın nəhəng qatını daşıyır. Böyük xeyirxah qəlbi olan balaca adamın anlayışında böyük ömür müxtəlif çarpışmalarla keçməlidir. Nağıldakı bir çox cümlələr sanki qanadlanmışdır.
3. Viktor E. Frankl - "İnsanın Məna Axtarışı"
Bu kitabda həyatda bir məqsədiniz varsa, hər cür çətin vəziyyətin öhdəsindən gələ biləcəyinizdən bəhs edilir. Əksinə həyatınız nə qədər gözəl olursa olsun, məqsədiniz yoxdursa, özünüzü natamam hiss edəcəksiniz.