"ERATUR" "Uzakrota Global-2024"də ölkəmizi təmsil edib

"ERATUR" "Uzakrota Global-2024"də ölkəmizi təmsil edib

Noyabrın 15-də Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm tədbirlərindən biri sayılan "Uzakrota Global-2024" keçirilib. 

Öncə onu xatırladaq ki, "Uzakrota Travel Summit" onlayn səyahət agentlikləri, təyyarə şirkətləri, hotellər, səyahət texnologiyaları startapları, qonaqpərvərlik investorları, vensiya kapitalistləri, texnologiya şirkətləri və distributiv texnologiya şirkətləri üçün ən böyük konfrans və foyer sahəsindən biridir. 
"Uzakrota Travel Summit" dünyanın hər yerində səyahət sənayesinin ən parlaq zehinləri və peşəkarları ilə böyük şirkətləri əlaqələndirir. 
Sevindirici haldır ki, dünyanın ən böyük turizm tədbirlərindən biri olan "Uzakrota Global-2024"-də şirkətimiz "ERATUR" da təmsil olunub. 15 min insanın iştirak etdiyi mərasimdə şirkətimiz öz imkanlarını, potensialını təqdim edib və turizm sahəsindəki təcrübəsini bölüşüb.

Tədbir iştirakçılarının maraqla izlədiyi stendlərdən biri məhz "ERATUR"un təqdimatı olub. Şirkətimizin fəaliyyəti ilə maraqlananlara xidmətlərimizi əks etdirən bukletlər və xatirə hədiyyələri də təqdim edilib. 
Əlbəttə ki, "ERATUR"un bu tədbirə dəvəti və şirkətimizin belə bir nəhəng turizm sammitində iştirakı Azərbaycanın turizm sənayesinin inkişaf göstəricisidir.