Novruzda Azərbaycan turları - 5 ulduzlu otellər dolub

Novruzda Azərbaycan turları - 5 ulduzlu otellər dolub

Novruz bayramı Azərbaycanda təkcə xalqın qədim ənənələrini yaşatmaqla deyil, həm də ölkənin turizm sektorunu canlandırmaqla diqqət çəkir. Uzunmüddətli qeyri-iş günləri insanlara istirahət və səyahət üçün əlavə imkan yaradır. 
Bu il Novruz bayramı qeyri-iş günlərinin ardıcıl bir həftədən çox olması insanların daha rahat plan qurmasına imkan verir.
 
Bayram günlərində hotellərdə doluluq səviyyəsi yüksəkdir.  Bəzi 5 ulduzlu hotellərdə Novruz bayramı günlərində artıq yerlər qalmayıb. Müştərilər əsasən öncədən rezervasiya etməyə üstünlük verirlər. Hər il olduğu kimi, bəzi hotellər artıq bayram günlərinə yaxın satışları bağlayır. Digər hotellərdə isə müştəri axını böyükdür.

Turizm mütəxəssisi bayram ərəfəsində istirahət planlaşdıran hər kəsə öncədən rezervasiya etməyi tövsiyə edir. Öncədən planlaşdırma həm daha geniş seçim imkanları yaradır, həm də daha sərfəli qiymətlərlə yerləşmə əldə etməyə kömək edir. Qəfil bahalaşma və ya yer tapılmaması ilə qarşılaşmamaq üçün büdcəni əvvəlcədən müəyyən etmək vacibdir.
"ERATUR" Sizlərə büdcənizə uyğun turlar təklif edir, öncədən rezervasiya sizin xeyrinizədir. Arzularınızı bizimlə gerçəkləşdirin.