Azərbaycanın turizm potensialı mövsümi asılılıqdan çıxıb və ölkə ilboyu turistlər üçün cəlbedici məkana çevrilib.
2025-ci ilin I rübü soyuq aylar olmasına baxmayaraq, ölkəmizə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz və ya 8810 nəfər artaraq, 331 min 783-ə çatıb. Onların 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil edib. Həmçinin bu dövrdə ölkəmizə səfər edən turistlərin 98,5 faizi hava, 1,5 faizi isə su yolu ilə Azərbaycana gəlib. Su yolu ilə gələnlər əsasən Türkmənistan və Qazaxıstan vətəndaşları olub.
Xatırladaq ki, 2024-cü ilin I rübündə ölkəmizə 322 min 973 nəfər turist gəlib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz və ya 98 min 993 nəfər çox deməkdir.