Azərbaycan Özbəkistanda turizm kompleksi yaradacaq

Azərbaycan Özbəkistanda turizm kompleksi yaradacaq

Azərbaycan və Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq çərçivəsində bu ölkənin Çarvaq su anbarının sahilində “Sea Breeze Uzbekistan” turizm kompleksi tikəcək.

Layihənin icrası üçün artıq təxminən 600 hektar torpaq sahəsi ayrılıb. “Sea Breeze Uzbekistan”ın iki tərəfi su anbarı üzərində minimum uzunluğu 1 kilometr olan körpü ilə birləşdiriləcək.
Bu ilin aprel ayında layihənin baş planı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub. 
Beynəlxalq turizm mərkəzinin dəyəri 10 milyard dollar qiymətləndirilir. 
600 hektar torpaq sahəsini əhatə edən ərazidə istirahət zonaları, çimərliklər, idman qurğuları, mehmanxanalar, yaşayış kompleksləri və digər abadlıq obyektləri olacaq. Bundan əlavə, plana körfəz üzərində körpü, məktəblər, akvapark, istirahət parkları, su və qış idmanları üçün qurğular və s. daxildir.