Payız mənzərəsindən zövq alacağınız 4 ən yaxşı ölkə!

Payız mənzərəsindən zövq alacağınız 4 ən yaxşı ölkə!

PAYIZ... Başa düşmək üçün qəribə, sevmək üçün romantik, yaşamaq üçün gərgin bir fəsildir. Bəziləri üçün çiçəklənmə və məhəbbət dövrü, kimin üçünsə karyeraya başlamaq üçün ən əlverişli vaxt, bir başqası üçünsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. 

Məsələn, yarpaqların tökülməsi kimin üçünsə bir bitişi xatırladırsa, bir başqası üçün yenilənib, təzələnməyə doğru bir hazırlıq prosesi, dönüş üçün vaxtdır. 

Bir sözlə, bu dövrün həm hüzuru, həm də gərginliyi var. Odur ki, bu gözəl zamanı, dünyanın fərqli yerlərində, fərqli mədəniyyətlərlə tanış olaraq zövqlə keçirə bilərsiniz.
Gedəcəyiniz yer hara olur olsun, payız səyahət üçün əla vaxtdır.
Yollar boş, ilıq dəniz havası, axşamlar həfif üşüdən, amma mülayim külək. Yay qədər olmasa da, zaman-zaman özünü göstərən günəş, təbiətin möhtəşəm rəngləri, ucuzlaşan qiymətlər, sakitlik və hüzur.
Payızda otel tapmaq asan olduğu qədər, qiymətlər də nəzərəçarpacaq dərəcədə ucuzdur. Bir sözlə payızın son ayına unudulmaz payız tətili düşünə bilərsiniz!


ERATUR tətil üçün görməniz gərəkən yerləri sizə təqdim edir! 



Praqa, Çex Respublikası – Muzeylər


Payızın isti iqlimi Praqanın çoxsaylı cazibələrini görmək üçün mükəmməldir. Praqa turuna "Gothic Charles" körpüsünü ziyarət edərək başlaya bilərsiniz. Burada gördüyünüz Barok fiqurlarına heyran olacaqsınız. Payız havası uyğun olduğundan, oktyabr ayının sonunadək Vltavada icarəyə qayıq götürə bilərsiniz. Çayda 1-2 saat keçirməklə ətraf mənzərələrdən ləzzət ala biləcəksiniz.


Reykyavik, İslandiya – Təbii gözəllik

İslandiyada il boyu cazibədar olsa da, payızı isə bir başqa gözəl olur. Qışın acı soyuğu gəlməmiş, payızın açıq havasında maraqlı istirahət edə bilərsiniz. Payızda Reykyavikin təbii gözəlliklərini kəşf etmək çox xoş olacaq. Burada "Thingvellir" təbii parkına baş çəkə, "Geysir" mənbələrinə gedə və ya "Golden Circle" turuna qatıla bilərsiniz.


Bavariya, Almanya – Pivə



Pivə, Bavariyada payızın xəbərçisi hesab olunur. Hər il 6 milyondan çox ziyarətçiyə ev sahibliyi edən Oktoberfest zamanı təxminən 1.5 milyon pivə içilir. Festival zamanı yerli mahnılar səsləndirilir. Avstriya sərhəddində yerləşən Bavariya Alpları, yeriməyi sevənlər üçün yaxşı bir seçim ola bilər. Bavariyaya gəlsəniz, "Neuschwanstein" qalasına da baş çəkməyi unutmayın. Hohenschwangau Vadisindəki cazibədar ağ qüllələr, payızda Alp dağlarının əzəmətli mənzərələrinə şahidlik etmənizə şərait yaradır.


Salzburq, Avstriya – Alp mənzərəsi


Möhtəşəm mavi qüllələri, yaxşı qorunan bağları və Salzach çayı üzərindəki gözəl mövqeyi ilə Avstriyanın ən gözəl şəhərlərindən biridir. Mədəniyyət mərkəzi kimi də məşhur olan Salzburg, diqqətəlayiq sənət və musiqi dünyasına sahibdir. Motsartın doğma məkanı olması da Salzburga çox axın olmasına səbəb olur.