Azərbaycanın qədim və gözəl diyarı olan Şamaxı təkcə tarixi abidələri və təbiəti ilə deyil, həm də unikal məkanları ilə diqqət çəkir. Bu məkanlardan biri də ölkəmizdə yeganə olan Alpaka fermasıdır.Alpakaların vətəni uzaq Cənubi Amerikadır. Onlar əsrlər öncə Peruda əhliləşdirilib. Alpaka yunu antiallergenik və sukeçirməzdir, dünyanın ən bahalı yun növlərindən biridir.Hazırda bu mehriban heyvanları görmək üçün minlərlə kilometr uzağa getməyə ehtiyac yoxdur – Şamaxının Meysəri kəndindəki fermada onlarla yaxından tanış ola bilərsiniz.
Sakitliyi ilə seçilən alkapalar insanları dişləmir, qonaqlardan məmnuniyyətlə yem qəbul edir, hətta onları sığallamağa və qucaqlamağa imkan verirlər.
Bu heyvanlar təxminən 25 il ömür sürür və sağlam qalmaq üçün xüsusi baxıma ehtiyac duyurlar. Şamaxının iqlimi Perunun dağlıq bölgəsinə çox bənzədiyi üçün alpakalar burada adaptasiyada heç bir çətinlik çəkməyiblər.
Alpaka fermasına maraq gündən-günə artır. ura təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də turistlər gəlir. Qonaqlar alpakalarla 45–60 dəqiqə vaxt keçirirlər. Bələdçi onlara alpa kalar haqqında məlumatlar verir. Sonra qonaqlar heyvanları yemləyir, onlarla şəkil çəkdirir və pozitiv enerji ilə ayrılırlar. Bu cür məkanların ölkə turizminə töhfəsi böyükdür.