Elmi və ya Konqres turizmi

Elmi və ya Konqres turizmi


Turizmin növlərini saysaq, bəlkə də uzun vaxt sərf etmiş olarıq. Onların hər biri maraqlıdır. Əyləncə xarakterli turizim növləri çoxluq təşkil etsə də, onların sırasında olan ağır və ciddi növlərini bəyənələr də var. Həmin şəxslər əsasən elm edamları, yaradıcı şəxslər oluralar. 

Həmin şəxslərin daha çox yararlandığı növ Elmi və ya Konqres turizmidir. 
Bu, müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan səyahətləri özündə birləşdirən turizm növüdür.
Konqres (latınca görüş, yığıncaq mənalarını bildirir) – dövlət, region, təşkilat rəhbərlərinin, yaxud nümayəndələrinin görüşü, yığıncağı, həmçinin beynəlxalq konfransların bir növü.
Simpozium (latınca ziyafət mənasını bildirir) – hər hansı elmi məsələyə dair (əsasən Beynəlxalq Problemlər) keçirilən yığıncaq.
Beynəlxalq tədbirlərdə iştirak edənlər xarici turistlərin ümumi sayının 6-7 faizini təşkil edir.
Konqres turizmində adambaşına (bir turistə) düşən gəlir göstəriciləri daha yüksəkdir. Ona görə də dünyanın bir çox ölkələri özlərində beynəlxalq görüşlərin keçirilməsi üçün müəyyən tədbirlər görürlər.

Elmi turizm, insanların elmi araşdırmalar, təhsil və öyrənmə məqsədilə səyahət etməsidir. Bu, əsasən mütəxəssislər və tələbələr arasında keçirilən konfranslar, seminarlar, təlimlər və digər elmi tədbirlərə qatılmaq məqsədilə həyata keçirilir. 

Konqres turizmi, həmçinin turların təşkil olunduğu şəhərlərə iqtisadi fayda gətirir və yerli bizneslər üçün əhəmiyyətli bir gəlir mənbəyidir. Bu növ turizm böyük tədbirləri təşkil edən şəhərlərin turizm sektoruna ciddi təsir edir.

Hər iki turizm növü də yüksək səviyyəli peşəkar əlaqələrin qurulmasına, yeni biliklərin əldə edilməsinə və qlobal əməkdaşlığın inkişafına kömək edir.