Dünyanın ən böyük arxeoloji muzeyi açıldı

Dünyanın ən böyük arxeoloji muzeyi açıldı

Bu il noyabrın 1-də Qahirədə yerləşən Böyük Misir Muzeyi (Grand Egyptian Museum) rəsmi olaraq ziyarətçilərin üzünə açılıb. Dünyanın ən böyük arxeoloji muzeyi hesab edilən bu nəhəng mədəniyyət mərkəzi, Misirin qədim sivilizasiyasına həsr olunmuş misilsiz bir layihə kimi tarixə düşüb.

81 min kvadratmetr sahəni əhatə edən muzeydə 50 minə yaxın eksponat sərgilənir. Bunların arasında Tutankhamunun 5 398 ədəd artefaktı ilk dəfə tam şəkildə bir yerdə təqdim olunur. Binanın memarlıq layihəsi irlandiyalı Heneghan Peng Architects şirkətinə məxsusdur.

Muzeyin əsas zalı Qədim Misirin simvolu olan Ramses II heykəli ilə başlayır. Ziyaretçiləri qədim məbədlərin elementlərini xatırladan monumental giriş qarşılayır.

Açılış mərasimində Misir Prezidenti Abdel Fattah el-Sisi, UNESCO baş direktoru Audrey Azoulay, eləcə də bir çox ölkənin mədəniyyət nazirləri və diplomatik nümayəndələri iştirak ediblər. Tədbir zamanı qədim Misir irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Grand Egyptian Museum-un açılışı Misirin turizm sənayesində yeni mərhələ hesab olunur. Rəsmi məlumatlara görə, muzey ildə 5 milyona qədər turist qəbul etməyə hazırdır. Qahirə yaxınlığında yerləşən Giza piramidaları kompleksi ilə birlikdə muzey, ölkənin əsas turizm marşrutunun mərkəzinə çevriləcək.

Muzey Qahirənin qərb hissəsində, Giza piramidalarından cəmi 2 kilometr məsafədə yerləşir. Ziyarətçilər üçün xüsusi marşrut avtobusları, bilet sistemi və mobil tətbiq vasitəsilə bələdçi xidməti təqdim olunacaq.