İçərişəhərdə tarixi və mədəni turizm obyektlərinə tanışlıq məqsədli infotur təşkil olunub

İçərişəhərdə tarixi və mədəni turizm obyektlərinə tanışlıq məqsədli infotur təşkil olunub

“ERA TUR” olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən infoturda iştirak etdik.



İnfotur çərçivəsində İçərişəhər ərazisində yerləşən bir sıra tarixi və mədəni turizm məkanları ilə yaxından tanış olduq. Proqram zamanı Buxara Karvansarayının zəngin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin Dastan Mərkəzi və Azərbaycan Numizmatika Muzeyində nümayiş olunan eksponatlar barədə ətraflı məlumat təqdim olundu.



Görüş zamanı bu məkanların turizm məhsulu kimi təqdimat imkanları, yerli və xarici turistlər üçün cəlbedicilik potensialı, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Bu cür infoturlar ölkəmizin tarixi-mədəni irsinin daha geniş şəkildə tanıdılması, turizm sektorunda yeni əməkdaşlıqların qurulması və daxili turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.





“ERA TUR” olaraq turizm sahəsində həyata keçirilən belə layihələri yüksək qiymətləndirir və gələcəkdə də bu kimi təşəbbüslərdə aktiv iştirak etməyə davam edəcəyik.”