Ekskursiya

Ekskursiya

Turist və ekskursantlara ekskursiya xidmətinin təşkilini və keçirilməsini turist firmaları və ya təşkilatları həyata keçirir. Ekskursantlara göstərilən ekskursiya xidməti həm ayrıca, həm də ümumi xidmət növü kimi ola bilər.

Turizmin təşkilində ekskursiya xidməti mühüm rol oynayır. Mükəmməl və cəlbedici ekskursiya proqramı olmadan daxili və xarici turizmin inkişafı mümkün deyil. Tanışlıq, gəzmək, öyrənmək turları daha çox ekskursiya proqramları ilə zəngindir. Bu növ ekskursiyalar iri şəhərlərdə, tarixi və mədəni mərkəzlərdə təşkil olunur.

Tanışlıq və öyrənmək turları, proqram üzrə bir neçə şəhəri və ya yaşayış məntəqəsini gəzməyi nəzərdə tutur və bunlardan turun tematikasına uyğun ekskursiya seçilir.