QASTRONOMİK TURİZM POPULYARLAŞIR

QASTRONOMİK TURİZM POPULYARLAŞIR

   Dünya turizminin müxtəlif növlərindən biri də Qastronomik turizmdir. Ona həm də Kulinariya turizmi deyilir. Turizmin bu növü yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər.

   Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.

   Yerli yeməklər bəzən bir xalq haqqında tarixi və memarlıq abidələrindən daha çox məlumat verə bilər. Məhz buna görə də qastronomik turizm hər il bu qədər populyarlaşır.
Razılaşın ki, istənilən turun məqsədi təkcə bu ölkənin istirahəti və görməli yerlərini gəzmək deyil, həm də yerli mətbəxlə tanışlıq, həm spirtli, həm də alkoqolsuz içkilərin dadına baxmaq, qastronomik və şərab turlarında iştirak etməkdir. Həqiqətən də, yerli yeməklər bəzən insanlar haqqında tarixi və memarlıq abidələrindən daha çox məlumat verə bilər. Bəlkə də buna görə qastronomik turizm getdikcə daha da populyarlaşır.

   Hər zaman müştərilərinə qayğı ilə yanaşan, çox münasib turpaketlər təqdim edən ERATUR istənilən zamanda sizlərin dünyanın müxtəlif ölkələrinin dadlı-təamlı qidalarını, milli yeməklərini dadmaq üçün dəstəyini əsirgəmir. Ölkə seçmək sizdən, münasib qiymətlərlə səhayətinizi təşkil etmək bizdən.