Macəra turizmi nədir?

Macəra turizmi nədir?

Macəra turizmi adrenalini və həyəcanı sevənlər üçün xüsusi cazibədarlıq təqdim edən bir sahədir. Bu turizm növü yalnız adrenalin axtarışı ilə məhdudlaşmır, həm də xüsusi bacarıq və fiziki hazırlıq tələb edir. Bu fəaliyyətlərdə risklər mövcuddur ki, bu da macəra turizminin fərqliliyini artırır. 

Macəra səyahəti müəyyən risk dərəcəsi ilə kəşfiyyat və ya səyahəti əhatə edən və xüsusi bacarıq və fiziki güc tələb edə bilən turizm növüdür.

Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir.

Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur.

Azərbaycanın böyük məcəra turizmi potensialı var. Qafqaz sıra dağları (Bazardüzü, Şahdağ zirvələri və s.), Kür, Qanıx (Alazan) çayları və başqa təbii coğrafi obyektlər macəra turizmi üçün ideal sayıla bilər.