Qəbələ

  




Qəbələ rayonu — Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala inzibati rayonun tərkibində yerləşən rayondur. 8 sentyabr 1930-cu ildə Azərbaycanın inzibati rayonlarından biri kimi yaradılmışdır.Qərbdən Oğuz rayonu, şimaldan Rusiya Federasiyası və Qusar rayonu, şərqdən Quba və İsmayıllı, cənubdan isə Yevlax və Göyçay rayonları ilə həmsərhəddir. Mərkəzi Qəbələ şəhəridir.Rayonun əhalisinin ümumi sayı 100 mindən çoxdur.

Qəbələnin müassir ərazisi təqribən 185 milyon il bundan əvvəl dəniz olmuş, şimaldan Şərqi Avropa və cənubdan Ərəbistan platformalarının toqquşması nəticəsində – Alp dağ əmələ gəlmə mərhələsində burada tədricən quru relyef formalaşaraq, 75–85 milyon il bundan əvvəl hazırkı relyef formaları yaranmışdır.

İqlimin əsas tipləri rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şaquli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitki örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.Gur yağan leysan yağışlar, isti hava şəraiti bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur.Qəbələ ərazisində qış fəsli orta temperaturu −3.9–9.4 °C, yay fəsli orta temperaturu isə 15.4–29.5 °C arasıdır. Rayonda minimum tempuratura isə Bazardüzü zirvəsində (4466 m), −50 °C-yə qədər müşahidə olunur.

Qəbələnin gəzməli yerləri

Nohur gölü, Tufangöl, Bazardüzü zirvəsi, Duruca Kəndi.

Qəbələ Mətbəxi

Həmzəli halvası, Döşəməli plov, Daşarası kabab


Nohur gölü və ya Nohurqışlaq su anbarı— Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir.[1] 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır.

Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.

Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40–50 sm.-ə çatırdı. Bundan istifadə edən yaxınlıqdakı Nohurqışlaq kəndinin əhalisi canlı qüvvə və texnikanın gücü ilə üzərindən keçməklə gölün şimalındakı göy dağdan oduncaq və tikinti materialları daşıyıb gətirmişlər. Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007–2008-ci ilin qışında da təkrar olunmuşdur.


Bazardüzü zirvəsi — Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində dağ. Ən yüksək zirvəsi 4466 metrdir. Qəbələ rayon ərazisində yerləşir.

Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsidir. Üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabadçay dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur.

Kuzun kəndindən torpaq yol ilə Laza kəndinə qədər təxminən 7 km-dir. Əvvəlcə Laza kəndindən daha yaxşı cığırla Qusarçayın sol sahili ilə, ardınca da Şahnabadçay boynuca irəliləyərək Şahyaylağına çatmaq, Şahnabadçayı körpü ilə keçmək, Körpüdən Kuzun kəndinə qədər getmək lazımdır. Sərf edilən müddət 9–12 saatdır. Daha sonra Şahnabadçayın sağ tərəfi ilə hərəkət istiqamətində yuxarıya doğru irəliləmək, körpüdən 2 saat aralıqda yerləşən iki çayın birləşdiyi geniş çəmənlik sahəyə — Yatuxdərə massivinə qədər çatmaq lazımdır.

Daha sonra hərəkət istiqamətində sağ tərəflə, çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru hərəkət edilir. Çayın digər tərəfinə keçməklə Bazardüzü ilə Yarudağ massivi arasındakı aşağı nöqtəyə çatmaq (əlavə oriyentir qara şistli qayalardır) lazımdır. Çayların birləşdiyi yerdən Kuruş (Qaranlıq) aşırımına qədər 30–40 dəqiqədir. Daha sonra Kuruş aşırımından daş yığını olan yerlə Bazardüzünün Şimal-şərq silsiləsinə çıxılır. Geniş dağlı silsilə ilə hərəkət edərək Şərqi Bazardüzünün yüksəkliyinə qədər düşərgədən 3–5 saatlıq yoldur. Burada sığortalanmaq lazımdır.

Şərqi Bazardüzü zirvəsinə silsilə ilə, yaxud da yamacla qövs üzrə travers etməklə çıxmaq mümkündür: sola-yuxarı-sağa (sığorta!). Daha sonra aşağı dar yerə enmək və zirvənin buz gümbəzinə çıxmaq (qramponların olması mütləqdir!). Buz gümbəzlə zirvəyə çıxmaq. (dəhliz!) Şərqi zirvədən 2 saatdır. Zirvədən 30 metr aralıda buz gümbəz üzərində nəzarət turları və çıxışda isə şistlər var.


Tufangöl — Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür.Gölün uzunluğu 160 m, eni 125 m, dərinliyi 5,6 m -ə, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır.


Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür. Iyul ayında gölün suyunun t 0 – u +10 0 – dən yüksək olur. Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufan gölü Nuhun gölü kimi tanıyırlar. Tufangöl Böyük Qafqaz dağlarının Azərbaycan hissəsinin Başsuayrıcı silsiləsində, Quba və Qəbələ rayonlarının sərhəddində, Dəmiraparan çayının sol qolunun mənbəyinin yuxarı hissəsində yerləşir.


Dəmiraparançayının sol qolundakı Tufançay Tufangöldən qidalanır. Belə ki, gölün səviyyəsindən bir qədər aşağıdan, dağın guney yamacında heç bir buzlaq və bulağın olmadığı yerdən gölün suyu sanki dağın döşünü yararaq axır və Tufançayın mənbəyini əmələ gətirir. Tufangölə Qubanın Xınalıq kəndindən və Qəbələnin Laza kəndindən getmək mümkündür. Qəbələnin Laza kəndindən gölə getmək nisbətən asandır və məsafə yaxındır.


Xınalıq kəndindən getdikdə isə əvvəlcə Tufandağ zirvəsinə (4191 metr) çıxmaq, sonra gölə enmək mümkündür. Bu iki kənddən başqa Şahyaylağından da Tufangölə qalxmaq mümkündür. Tufangöldən şimal-qərb istiqamətində bir neçə gölün yanyana olduğu Turfan gölləri vardır ki, onlar da çox ecazkar və mənzərəli ərazidə yerləşir.